PROKURORLUQ DAMƏD İMANOVDAN OLAN ŞİKAYƏTƏ BAXMIR?

Bir müddət öncə saytımıza müraciət edərək iş yerindən qanunsuz çıxarıldığını bildirən Zirə rayon sakini Xanlar Ağayevin məhkəməsi olub.
Bu gün yenidən “Qafqazinfo”ya zəng vuran X. Ağayev hələ də probleminin həll olunmadığını söyləyir: “3 ildir məni məhkəmələrdə süründürürlər. Məhkəmə şərləmə yolu ilə mənim əleyhimə qərarlar çıxarır. Dünən növbəti məhkəmə prosesi oldu və yenə də məhkəməni qazana bilmədim”.
30 ildir bu dövlətə qulluq etdiyini iddia edən X. Ağayev Abşeron Rayon Dəniz Neft Donanmasının rəisi Daməd İmanov və Baş İdarənin rəhbəri Mubariz Nəcəfovdan şikayətçidir: “Prokurorluq mənim işimə baxmır. İki nəfərəgörə mən ölkəmi tərk edim?”
Qeyd edək ki, şikayətçinin sözlərinə 2011-ci ilin yanvarın 31-də Abşeron Rayon Dəniz Neft Donanmasının rəisi Daməd İmanov onu işdən qanunsuz çıxarıb.
Bu günə qədər dəfələrlə məhkəməm olub. Apelyasiya məhkəməsini qazanıb. 2011-ci ilin noyabr 11-də işinə məcburi buraxılmış iş günlərinin pulunun ödənilməsi şərti ilə bərpa olunub. Müdiriyyətin verdiyi əmrlə Xəzər rayon Məhkəməsinin çıxardığı qərarların hamısı ləğv olunub. X. Ağayev işdən azad olunması ilə bağlı demək olar ki, aiddiyatıolan bütün rəsmi qurumlara müraciət edib.
Комментариев нет:
Отправить комментарий