ADNDİ-də Daməd İmanov «gedişləri»
|
|---|
İdarənin rəisi gəmilərə aid ehtiyat hissələrini bazarda satdırır, mis naqillərin aqibəti məlum deyil, qohumu Sədinin yığdığı pulların isə «aqibəti» məlum deyil.Ötən günlərdə Xəzər Dəniz Neft Donanmasında baş verənlərlə bağlı məlumat vermişdik. Bildirmişdik ki, donanmanın rəhbərliyinin yarıtmaz fəaliyyəti ARDNŞ-in prezidenti Rövnəq Abdullayevin qəzəbinə səbəb olub. Elə bu səbəbdən də donanmanı ləğv edərək, onu komplektləşdirmək istəyir. TİA.AZ xəbər verir ki, Xəzər Dəniz Neft Donanmasının balansında hal hazırda 263 gəmi var. Bu qurumun tərkibinə isə 6 struktur bölmə daxildir ki, onlardan biri də Abşeron Rayon Dəniz Neft Donanma İdarəsidir. TİA.AZ-a daxil olan məlumatlarda vurğulanır ki, Abşeron Rayon Dəniz Neft Donanma İdarəsinin(ARDNDİ) rəisi Daməd İmanovun başçılığı ilə qurum dağılmaq üzrədir. Məlumatlarda deyilir ki, İmanov şəxsi qazanc əldə etmək məqsədilə ARDNDİ-nin balansında olan sahil tikililərinə, damba və priçallara, hətta donanmanın gəmilərinə qarşı heç də xoş olmayan münasibət sərgiləyir. Belə ki, həmin məlumatlarda sahil doklarının əksər metal konstruksiyalarının Daməd İmanovun göstərişi ilə sökülərək taxta materialla əvəz olunduğu, gəmilərdə isə mis kabellərin dəyişdirilərək alüminiumla əvəz olunmaları bildiriılirdi. Məlumatda deyilir ki, bu əməliyyatlar nəticəsində minlərlə ton qara metal və kilometrlərlə uzunluqda mis məftil əldə olunaraq, satılıb. Daxil olan xəbərlərə görə, prosesdə ən aktiv şəxslərdən biri də D.İmanovun qohumu Sədi müəllimdir. Hərçənd Sədi müəllim də fəaliyyətini idarə rəisinin adı ilə bağlayır. Belə ki, bir müddət əvvəl ARDNDİ-nin kadrlar şöbəsinə rəhbərlik edən Sədi müəllim təxminən 20-22 nəfər vətəndaşa onları sözügedən idarədə işlə təmin edəcəyinə və yaxud da, əgər onlar artıq ARDNDİ-nin işçıləridirlərsə - daha yüksək vəzifələrə keçmələrinə köməklik göstərəcəyinə söz vermişdi. Əlbəttə ki, bu vədlərin yerinə yetəcəyinə ümid edənlər Sədi müəllimə öz “minnətdarlıqlarını” əvvəlcədən bildirməli idilər və bildirirdilər də. Nəticədə az müddət ərzində Sədi müəllim təxminən 40 000 manat məbləğində “minnətdarlıq” toplamağa müvəffəq olur. Özünü sığortalamağı da unutmayan Sədi müəllim bu pulların böyük hissəsinin məhz Daməd İmanova çatacağını da tez-tez vurğulamağı unutmayıb. Lakin bu yığımdan sonra həmin şəxsləri işlə təmin edə bilməyən Sədi müəllim əvvəlcə günahı qohumu Daməd İmanovun üzərinə atıb. Lakin sonradan istefa ərizəsi yazmaqla gözdən uzaq qalmağa başlayıb. Belə olan təqdirdə, iş ümidi ilə pul vermiş şəxslərin təbii ki, Daməd müəllimə üz tutmaları mümkün deyil. Elə bu səbəbdəndir ki, həmin şəxslər kənara çəkilməsələr də, Sədini axtarmaqla məşğuldurlar. Tutub, tutmayacaqları isə məlum deyil. Amma TİA.AZ-a daxil olan bir başqa məlumat da var. Həmin məlumatlar isə ARDNDİ-nin anbarlarına daxil olan müxtəlif ehtiyyat hissələrinin aqibəti barədədir. İddia olunur ki, Daməd İmanov yeni ehtiyyat hissəllərini 8-km bazarında satdırır, əvəzində isə köhnə, işlənmiş hissələri elə oradaca rənglətdirərək yeni adı ilə tabeçiliyində olan struktur bölmələrinə təhvil götürdür. Məsələdə adı çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq. |
вторник
Daməd İmanov
Подписаться на:
Комментарии к сообщению (Atom)

Комментариев нет:
Отправить комментарий